Biz Kimik?

1987-ci ildə İtaliyada,Florensiyanın yaxınlığında yerləşən Çertaldo şəhərində təsis edilmiş, və ABŞ- ın Atlanta şəhərininin yaxınlığında olan Griffin şəhərində daha bir istehsal obyektini təsis etməklə fəaliyyət dairəsini genişləndirən ARMAL şirkətinin tərkibinə bu günkü gündə iki sənaye fabriki və Çinin Şanxay şəhərində bir filial daxildir. Məhsullarını 120-dən artıq ölkəyə ixrac etməklə, şirkət dünyada yüksək nüfuz əldə etmişdir.

ARMAL şirkəti portativ (daşına bilən) santexnika məhsullarının bütün liniyalar üzrə istehsalını həyata keçirir. Bizim məhsulumuz müştərilərə investisiyalarını və əməliyyat xərclərini minimuma endirmək imkanı verir. Şirkətimiz santexnika məhsulu bazarı üçün innovativ məhsulların araşdırılması və işlənib hazırlanmasında bir neçə ildir ki ixtisaslaşmışdır. ARMAL yüksək keyfiyyətli məhsulların istehsalını və müştəri məmnuniyyətini diqqət mərkəzində tutur. Bizim dizayn və keyfiyyət dəyərlərimiz İtaliyadan olan köklərimizə dayanır.

Dizaynda olan üstünlüyümüz bu günədək bu sektorda ilk individual həll hesab edilən Scent Club və My Club liniyalarında öz əksini tapmışdır.

İtaliya zavodunda gündəlik istehsal həcmi 230, ABŞ -da isə 127 ədəd təşkil edən yüksək istehsal gücünün köməyi ilə ARMAL şirkəti əsas fəaliyyəti fəlakət bölgələrini əhatə edən şirkət və təşkilatların tələblərinə cavab vermək iqtidarındadır. Belə yüksək nəticə təzyiq altında tökmə texnologiyasının, eləcə də effektiv logistika və qablaşdırma həllərinin birləşməsi ilə təmin olunur.

Məhsullarını İtaliya və ABŞ-dan dünyanın 5 qitəsinə ixrac edən ARMAL portativ (daşına bilən) santexnika məhsullarının icarəsi ilə məşqul olan İtaliyanın aparıcı SEBACH şirkətinin rəsmi tədarükçüsü olmağından qürur duyur.

Əminliklə deyə bilərik ki, ARMAL portativ santexnika məhsulları üzrə sizin üçün ən doğru ünvandır! Portativ santexnika məhsullu biznesində bizimlə əməkdaşlığa hazır olduğunuza və onu bizimlə davam edəcəyinizə ümid edirik.

Son YayımlananXəbərlər