AquaStand

AquaStand ARMAL-ın həyət (çöl) üçün nəzərdə tutduğu yüksək keyfiyyətli əl yuma çanağıdır. Bu məhsul istənilən kəskin hava şəraitinə tab gətirəcək şəkildə dizayn olunub və parklar, açıq hava altında olan tədbirlər, konsert yerləri, tikinti əraziləri eləcə də su xəttlərinin çatışmadığı istənilən yer üçün nəzərdə tutulur.

AquaStand-ın 87 litrlik su deposu eləcə də təhlükəsiz qapağı vardır ki, suyu təzə və təmiz saxlayır. Bütün bunların bərabərində Armal öz dəyərli müştərilərinə ayaqla hərəkətə gətirilən nasos əməliyyatçısı, seçimdən aslı olaraqsa sabun və dəsmal paylayıcı techizatlarını təklif edir. AquaStand-ın çəkisi kifayət qədər yüngül istifadəsi isə olduqca rahatdır.