Armal Hava Təravətləndirici

Bioloji enzim aktivləşdiriciləri mobil tualetlərin eləcə də vakuum tanklarının təravətləndirilməsi üçün ideal bir məhsuldur. Xüsusi diqqətlə seçilmiş enzim və mikroorqanizmlərin kombinasiyası sayəsində təbii tullantıların parçalanma prosesi sürətlə geniş miqyas alır. Otağa səpilmiş məhsul yüksək effektivliklə havadakı tozu və pis qoxunu dəf edir həmçinin havanın keyfiyyətini onu təravətləndirərək artırır. Beləcə mobil tualetlərdə müştərilərin istehlak məmnuniyyəti yüksək səviyyəyə qalxır.

Armal Təravətli-Hava ən müvafiq paylayıcının köməyi ilə səyyar tualetlərdə havanın keyfiyyətini olduqca mükəmməlləşdirir. Hər dəfə qapı açılanda paylayıcı bir dəfə məhsuldan müyyən qədərini havaya ötürür beləcə cari istifadəçinin məmnuniyyəti kifayət qədər yüksəlir. Sprey-in səpilmə miqdarı tənzimlənə bilər.

Armal Təravətli-Hava həmçinin Armal vakuum modullarında kəskin qoxu zəyiflədici sistemilə (təmin olunduqda) istifadə oluna bilər. Bu cihaz Armal Təravətli-Hava-nı kompressor drenaj borularına doğru buxarlandırır və beləcə istifadə zamanı, xüsusilə də tullantı su sorularkən xoşagəlməz qoxuları dəf edir.

Şam meşəsi ətri – tərkibi: 10 L.

Bu məhsul çox təbii, ekoloji cəhətdən təhlükəsiz və istifadəsi sadədir. Qeyd etməliyik ki, bu məhsul heç bir zərərli kimyəvi maddəyə sahib deyildir.

İstifadə zamanı:

Armal Təravətli-Hava tövsiyə olunan doza miqdarına əsasən suda həll oluna bilər. Məhlulu ətrafa və səthə spreyerlə səpin beləcə plastik tualet panellərində pis qoxunu dəf edən nazik qoruyucu təbəqə yaradacaqsız. Tövsiyə olunan istehlak miqdarı:Tətbiq olunacaq səthdən aslı olaraq məhsulun 5%-dən 30%-ə qədərini suda həll edin. Kəskin qoxuları dəf etmək üçün vakuum modullarında tətbiq edilərkənsə xaric ediləcək havanın miqdarından aslı olaraq 20%-dən 30%-ə qədərini həll etməyiniz tövsiyə olunur.