Vakuum Modulları

 ARMAL Servis Modullarının məqsədi sürətli, asan və keyfiyyətli tualet xidmətlərini effektiv şəkildə icra etməkdir.Bizim vakuum modullarımız nasoslu və təzyiqli tualət təmizləmə əməliyyatlarını möhtəşəm şəkildə yerinə yetirir. Onların əlverişli dizaynı yüksək keyfiyyətin və şirkətin məhsullarına olan qayğısının və diqqətinin nişanəsidir. Tullantıların toplandığı depo poladdan hazırlanır ki, bu da korroziya və paslanmanın qarşısını alır. Su deposu isə şəffaf polietilendən hazırlanmışdır ki, bu da hər daim su miqdarını bilməyə olduqca kömək edir. Təmiz su deposu tullantı tankının altinda yerləşdirilmişdir ki, bu da mükəmməl balansı təmin edir.

     Vakum mühərriki və təzyiqli su nasosu hidravlik neft sistemi ilə işə salınır. Su nasosu inteqralı 150 barlıq təzyiq sistemilə standart olaraq dəqiqədə 15 litr, yaxud istəyə bağlı olaraq 200 bar təzyiqlə dəqiqədə 18 litr su istehsal edir. Yuma maşını xüsusi aparatla təchiz olunmuşdur ki, bu da təmizləmənin yüksək keyfiyyətli olmasına səbəb olur. Vakuum mühərriki optimal təmizləmə səviyyəsinə cəmi 30 saniyədə çatır və beləcə o, standart olaraq dəqiqədə 2000 litr su, seçimdən aslı olaraqsa dəqiqədə 3000 litr suyu nasoslayaraq bütun tullantıları dərinləməsinə təmizləyir.

    Servis moduluna həmçinin isti su istehsal edən təchizat da əlavə edilə bilər beləcə bütün suyun temperaturu 94°C –yə qədər qızdır bu sayədə təmizlik daha da effektivli aparılır. Qoxu idarə sistemi isə mikro nasoslardan istifadə edərək mobil tualetlərdə xoş ətirlər yayı

     Servis Modulları bütünlükdə nömrə bir keyfiyyətin təminatından ötrü ARMAL tərəfindən istehsal edilir. ARMAL-ın servis modulları (ARMAL 1000T və 1300T) əlavə tualetlərin daşınması məqsədilə yenidən quraşdırıla bilər. Köndələn vakuum modulları PTO (xüsusi enerji ötürmə metodu) vastisəsilə digər xüsusi bir mühərriklə (13 at gücündə) birləşdirilə bilər. Bu təchizat ARMAL tərəfindən ümumi keyfiyyətin yüksək səviyyədə saxlanılması üçün şəxsən istehsal edilir və onlar sahibkarlar tərəfindən asanlıqla yük maşınlarına əlavə edilə bilər.